12:21 - 8.12.2017
8 dekabr, Fineko/abc.az. Azərbaycan 2018-ci ilin əvvəlində “Azerspace-2” ikinci telekommunikasiya peykini orbitə buraxmağı planlaşdırır.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə bildirib: “Azerspace-2” peykinin orbitə buraxılması 2018-ci ilin əvvəlinə planlaşdırılıb. Peykin buraxılması üzrə işlər son mərhələdədir”.
“Azerkosmos” ilə “Intersat” arasında əldə edilmiş razılığa əsasən, “Azerispace-2” peyki 45 dərəcə Şərq uzunluq dairəsi orbital mövqeyində yerləşdiriləcək və Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək.
“Azerkosmos” “Space Systems/Loral” (SSL) şirkəti ilə "Azerispace-2" peykinin istehsalına dair müqavilə bağlamışdlr. Müqavilənin dəyəri 191,36 milyon dollar təşkil edir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
1 Oktyabr 2026