10:04 - 5.07.2019
5 iyul, Fineko/abc.az. Cümə axşamı günü Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.
ARDNF-in məlumatında deyilir ki, Müşahidə Şurası Fondun 2018-ci il büdcəsinin icrası layihəsini təsdiq edib.
“İclasda ARDNF-nin 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına,Müşahidə Şurası tərəfindən ARDNF-nin 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun rəyi, 2018-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə baxıldı”, - məlumatda belə deyilir.
ARDNF-nin 2018-ci il büdcəsinin gəlirlərinin 17 614,1 milyon manat və yaxud 115,0 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 455,6 milyon manat və ya 99,8 faiz səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-nin 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alındı.
“İclas zamanı Azərbaycanın Baş naziri Novruz Məmmədov ARDNF-ın Müşahidə Şurasının sədri vəzifəsinə seçilib”, - deyə məlumatda bildirilir.
Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda ARDNF-nin maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edildi və bu dəyişikliklərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tövsiyə edildi.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026