15:41 - 5.04.2019
5 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Şabran, Siyəzən, Ağstafa və Goranboy rayonlarında icra hakimiyyətlərinin başçılarının yerdəyişməsini həyata keçirib.
Dövlət başçısının sərəncamı ilə Asif Hüseynov Siyəzən rayonunun İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Şabran rayonunun icra hakimiyyətinin başçısı təyin olunub.
Digər sərəncamla prezident, Novruz Novruzovu Şabran rayonunun icra hakimiyyətinin başçısı vəzifəsindən azad edib və Siyəzən rayonunun icra hakimiyyətinin başçısı təyin edib.
Bundan əlavə, İlham Əliyev Nizaməddin Quliyevi Goranboy rayonunun icra hakimiyyətinin başçısı vəzifəsindən azad edib və Ağstafa rayonunun icra hakimiyyətinin başçısı təyin edib.
Həmçinin, prezidentin bugünkü sərəncamı ilə, Məhərrəm Quliyev Ağstafa rayon icra başçısı vəzifəsindən azad edilib və Goranboy rayonunun icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
1 Oktyabr 2026