13:44 - 29.03.2019
29 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, martın 26-da Bakının Nizami rayonunda yerləşən Ticarət Mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan ilk olaraq 3 milyon manat ayrılacaq.
Vəsaitlər İqtisadiyyat Nazirliyinə köçürüləcək və nazirlik, 3 ay müddətində maddi yardımın göstərilməsi qaydaları təsdiq edəcək.
Maliyyə Nazirliyinə, sərəncamda göstərilən məbləğin maliyyələşdirilməsi tapşırılıb.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026