12:24 - 12.03.2019
12 mart, Fineko/abc.az. Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “Qazprombank” SC-nin dəstəyi ilə “Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsinə doğru: “Qazprombank” SC-in imkanları” mövzusunda Azərbaycan-Rusiya biznes seminarı keçirilir.
“Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılıb. Rusiya iş adamları bu günə qədər Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollar, Azərbaycan iş adamları isə Rusiya iqtisadiyyatında 1 milyard dollardan çox sərmayə qoyublar. 2018-ci ilin nətiəcələrinə görə, ölkələr arasında ticarət dövriyyəsi 20% artaraq 2,55 milyard dollar təşkil edib”, - deyə seminarın açılışında iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov bildirib ki, “Qazprombank” Azərbaycan bazarı üçün strateji bankıdır və bankla əməkdaşlığın daha da genişləndirilməsi üçün perspektivlər var.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026