12:09 - 24.11.2017
24 noyabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi, MDB-ın qış səyahətləri üçün turistlər tərəfindən bəyənilən ən yaxşı şəhərlərinin reytinqini tərtib edib.
Agentliyin xəbərində deyildiyi kimi, Rusiyada yeni il bayramı 30 dekabr 2017-ci il tarixindən 8 yanvar 2018-ci il tarixində qədər keçiriləcək.
Reytinq 2017-2018-ci ilin qışında populyar olan turizm səyahətlərinin təhlili nəticəsində tərtib edilib. Minsk, Almatı və Bakı yeni ildə MDB ölkələrinə qış səyahətlərinin reytinqində liderlik edir.
2017-2018-ci ilin qışında turistlər arasında MBD-nin ən populyar şəhərlərinin ilk onluğunu, Minsk, Almatı, Bakı, Astana, Yerevan, Daşkənd, Brest, Bişkek, Kişinyov və Gəncə təşkil edir.
İstirahət günlərində turistlər MDB ölkələrinin paytaxtlarına, həmçinin, dağ-xizək kurortlarına səyahət edirlər. Bura, Qazaxıstandakı Çimbulaq, Azərbaycandakı Şahdağ və Tufandağı, Belarusun Minsk vilayətindəki Siliçi və Loqoysk aiddir. “TurStat”ın məlumatına əsasən, turistlər qışda MDB ölkələrinin paytaxlarına orta hesabla 4-günlük istirahətə gəlirlər və sutkada 75 dollar xərcləyirlər.
MDB ölkələrinə ucuz səyahətlər üçün Bişkek və Kişinyov populyarlıq təşkil edir. “Lüks” istirahət üçün isə Bakı və Astana ilk yerlərdə müəyyənləşib.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026