15:33 - 21.02.2019
21 fevral, Fineko/abc.az. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) QSC bir il ərzində 5 yeni gəmi almağı planlaşdırır.
ASCO-nun sədri Rauf Vəliyev jurnalistlərə bildirib ki, Bakı Gəmiqayırma Zavodunda 2 gəmi inşa ediləcək, qalanları isə xarici şirkətlərdən alınacaq.
“Hər il ASCO Bakı Gəmiqayırma Zavodundan 2 gəmi almağı planlaşdırır”, - R.Vəliyev belə deyib.
Onun sözlərinə görə, donanmanın yeniləmə prosesi son 5 il ildə davam edir və bu illər ərzində şirkət 20 yeni gəmi alıb. Bu gün Bakı Gəmiqayırma Zavodu ASCO üçün daha dörd gəminin tikintisini davam edir.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026