12:24 - 8.02.2019
8 fevral, Fineko/abc.az. Azərbaycan sığorta şirkəti “AzSigorta” 5 və 6 fevral tarixlərində baş verən zəlzələdən sonra Şamaxıda əməliyyat qərargahını yerləşdirib.
Şirkətin idarə heyətinin sədri Anar Talıbovun sözlərinə görə, bu günədək 70-dən çox zərər çəkmiş şəxs qərargaha müraciət edib.
“Sığortaçının əksəriyyəti kommersiya obyektlərinin sahiblərdir və yalnız 10%-i ev sahibləridir. İlkin hesablamalara əsasən hər bir sığorta hadisəsi üzrə ödənişlərin orta məbləği 1000-1500 manat təşkil edəcək, lakin böyük sığorta hadisələri də var ki, bunlarda, onda zərər 10 min manat və 30 min manat dəyərindədir”, - deyə A.Talibov bildirib.
Onun sözlərinə görə, hazırda qərargah məlumatların toplanması və sığortalanmış əmlaka dəymiş zərərin hesablanması üzrə işlər aparılır, gələn həftədən etibarən isə ödənişlər ediləcək.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026