13:53 - 2.10.2017
Azərbaycan Parlamentinin plenar iclası bu gün deputatların, ölkədə problemli kreditlərin həllinin vacibliyi barədə bəyanatı ilə başlanıb.
Deputat, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlinin sözlərinə görə, Azərbaycanda problemli kreditlərlə məsələnin həlli sahəsində qanunvericilik təkrar nəzərdən keçirilməlidir.
Deputat bildirib: “Dünyanın heç bir yerində kredit borclarına görə vətəndaşları həbs etmirlər, buna görə də, Azərbaycanda da həmçinin, bu kimi problemlərin qanunvericilk yolu ilə həll edilməsinə imkan verən bir qanun qəbul edilməlidir. Biz bilirik ki, Azərbaycanda artıq bir ildir ki, qaytarılması qeyri-mümkün olan problemli kreditlər yaranıb, bu səbəbdən də, həmin məsələnin həlli üçün müvafiq qanunvericiliyin qəbul edilməsi prosesi sürətləndirilməlidir”.
Deputatın sözlərinə görə, Azərbaycanda hər dördüncü vətəndaşın bank krediti vardır.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026