10:37 - 27.08.2026
27 avqust, Fineko/abc.az. ABŞ-də inflyasiyanın yüksək səviyyədə qalması Federal Ehtiyat Sisteminin (FES) faiz artırımı gözləntilərini gücləndirib və nəticədə dollar son dörd həftənin ən yüksək artımını qeydə alıb. Bloomberg Dolar Spot İndeksi istiqraz gəlirliliyinin yüksəlməsi fonunda 0,3% artıb.
ABŞ-də FES-in əsas götürdüyü Fərdi İstehlak Xərcləri (PCE) İndeksi iyul ayında illik 3,7% təşkil edərək mərkəzi bankın 2%-lik hədəfini üstələyib.
Bu göstərici bazarlarda FES-in gələn ay faiz artırma ehtimalını 40%-ə qaldırıb. Nəticədə dollar G10 valyutalarının əksəriyyəti qarşısında mövqeyini möhkəmləndirib. Bazar iştirakçılarının diqqəti FES sədri Kevin Uorşun Cekson Houl simpoziumunda edəcəyi çıxışa yönəlib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026