16:13 - 15.11.2017
15 noyabr, Fineko/abc.az. Yanvar-sentyabr aylarında Azərbaycan ilə Qazaxıstan arasında yük daşımalarının həcmi iki yarım dəfə artdı.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qeyd etdiyi kimi, cari ilin doqquz ayı ərzində Qazaxıstanla həyata keçirilən yük daşımaları, keçən ilin analoji dövrü ilə müqayisədə, 251% və ya 2,5 dəfə artıb.
“Bu, Beynəlxalq Transxəzər Nəqliyyat dəhlizinin fəaliyyətinin effektivliyinə işarə edir. Əsasən, bura, Azərbaycan vasitəsilə daşınmış tranzit yüklər, Qazaxıstandan Azərbaycana göndərilən çatdırmalar, Türkiyədən Orta Asiya ölkələrinə göndərilən yüklər daxildir. Bu yüklərin həcmi artıq 1 milyon tona qədər çatdırılıb, irəlidə isə daha da artırılacaq”, - deyə C. Qurbanov bildirdi.
“Qazaxıstan dəmir yolları” şirkətinin prezidenti Kanat Alpısbayevin sözlərinə əsasən, gələn il dəhliz üzrə təxminən 3,5 mln. ton yük daşınması, 2020-ci ilə isə, yük daşımalarının həcminin 7-8 mln. tona qədər çatdırılması planlaşdırılır.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026