12:51 - 15.11.2017
15 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2017-ci il tarixində uçot dərəcəsinin dəyişilməz olaraq saxlanılması barədə qərar qəbul etdi.
AMB-dan verilən məlumata əsasən, uçot dərəcəsinin 15% səviyyəsində, həmçinin, faiz dəhlizinin aşağı (10%) və yuxarı (18%) həddinin dəyişilməz olaraq saxlanılması barədə qərar qəbul edilib.
“Azərbaycanın qeyri-neft iqtisadiyyatının artımında müsbət dinamika izlənilir və bu dinamikanın formalaşmasında makroiqtisadi sabitləşmə xüsusi rol oynayır. Qiymət sabitliyinin orta və uzunmüddətli amillərinin təhlili, maliyyə-kredit siyasətinin düzəlişlərinin zəruri olmadığını göstərir”, - AMB-nın məlumatında belə deyilmişdir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026