10:08 - 7.11.2018
7 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 1,78 dollar (2,38%) aşağı enib.
Hazırda “Azəri Light” markalı xam neftin bir barelinin qiyməti 72,87 dollar təşkil edir.
Keçən ticarətin nəticəsində “NYMEX” birjasında “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti 0,89 dollar (1,41%) düşərək bir barelə 62,21 dollar təşkil etmişdir.
Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin yanvar ayının fyuçersinin qiyməti 1,04 dollar (1,42%) yüksələrək bir barelə 72,13 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 9,92 dollara bərabərdir.
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
9 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026