13:20 - 4.10.2018
4 oktyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyi ölkəyə turist axınının artmasını təmin etmək üçün tədbirlər görür.
Agentlikdən xəbər verildi ki, noyabr ayından Bakı- Şarm əl-Şeyxə birbaşa çarter reyslər açılacaq.
“Bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq. İlk belə reys Monteneqroya təşkil edilib.
Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla 8 noyabr - 4 aprel tarixlərində "Paşa Holidays" şirkəti və Azərbaycan Hava Yolları (AZAL) tərəfindən həyata keçiriləcək”, - məlumatda belə deyilir.
Şarm əl-Şeyxin Beynəlxalq Hava Limanı turistlərə yerində viza almaq imkanı verir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026