16:39 - 15.04.2025
15 aprel, Fineko/abc.az. Əldə olunan rəsmi statistik göstəricilərə əsasən, 2025-ci ilin birinci rübündə mənzil bazarında qiymətlərdə artım müşahidə olunub.
Belə ki, 2024-cü ilin dördüncü rübü ilə müqayisədə mənzil bazarında qiymət indeksi 4,4 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,4 faiz artıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında da qiymətlər yüksəlib. 2025-ci ilin yanvar-mart aylarında, əvvəlki rüblə müqayisədə 2 faiz, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12,9 faiz artım qeydə alınıb.
Təkrar mənzil bazarında qiymət artımı daha nəzərəçarpacaq olub. Bu seqmentdə qiymət indeksi əvvəlki rüblə müqayisədə 4,5 faiz, ötən ilin yanvar-mart ayları ilə müqayisədə isə 14,4 faiz yüksəlib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026