15:33 - 13.07.2018
13 iyul, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyinin (BNA) göstərişinə əsasən, daha bir marşrut xətti üzrə gediş haqqının ödənişi “BakıKart” vasitəsi ilə həyata keçiriləcək.
BNA-in məlumatında deyilir ki, sabahdan başlayaraq, Xətai prospekti-Bakı Mühəndislik Universiteti xətti üzrə hərəkət edən 199 saylı avtobuslarda nağdsız ödəniş sistemi tətbiq ediləcək.
“Bu marşrut “Xaliq Faiqoğlu” şirkəti tərəfindən xidmət edilir”, - məlumatda belə deyilir.
Beləliklə, Bakıda 23 marşrutda nağdsız ödəniş sistemi tətbiq edilir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026