15:31 - 11.07.2018
11 iyul, Fineko/abc.az. “Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə İdarəsinin dövlət müfəttişləri karantin zərəvericisi ilə yoluxmuş 18,8 ton şaftalı və nektarinlərin Azərbaycandan Rusiyaya idxalını qadağan etdi.
Qurumun mətbuat xidmətinin məlumatına görə, göndərilən yükün bir partiyası Rusiyanın dövlət sərhədinin Dağıstan hissəsində - “Yaraq-Kazmalar” keçid məntəqəsində saxlanılıb.
Karantin fitosanitar nəzarəti gedişatında malın partiyasının baxışı zamanı karantin obyekti - Şərq meyvəyeyəni aşkar edilib. Zərərvericinin mövcudluğu həmçinin “Ümumrusiya Bitkilərin Karantin Mərkəzi” FDBM şöbəsinin rəyi ilə təsdiqlənib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026