11:41 - 2.07.2018
2 iyul, Fineko/abc.az. Avtomobil Yolları Dövlət Agentliyi yollarda təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər görür.
Dövlət Agentliyinin məlumatında deyilir ki, Bakı-Quba-Rusiya sərhədi yolunda yol nişanlarının çəkilməsi üzrə işlər aparılacaq.
“İşlər “VAZ” dairəsindən “Xırdalan” dairəsinə qədər hər iki istiqamətdə aparılacaq. İşlər axşam saatlarına qədər davam edəcək”, - məlumatda belə deyilir.
Məlumatda bildirilir ki, bu gün axşam saatlarına qədər həmçinin Bakının Binəqədi rayonundakı Hüseyn Seyidzadə küçəsində yol nişanları çəkiləcək.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026