13:04 - 20.06.2018
20 iyun, Fineko/abc.az. Azərbaycanda dörd yeni sığorta növü tətbiq olunacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışovun sözlərinə görə, prioritet istiqamətlər üzrə dörd yeni sığorta məhsulunun tətbiq edilməsi planlaşdırılır.
“Prioritet istiqamətlər kimi, mikrosığorta, müştərək sığorta, icbari tibbi sığorta, aqrar sığorta müəyyən edilmişdir. Palata artıq bazarın diaqnostikasını həyata keçirmiş və müxtəlif seqmentlər üzrə müvafiq tədbirlər görmüşdür. Əsasən iqtisadiyyatda, xüsusilə qeyri-neft sahəsində mühüm yer tutan aqrar sığorta sahəsində işlər aparılır. Hökumətə artıq müvafiq qanunvericiliyin layihəsi təqdim edilib”, - deyə İ. Alışov bildirib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026