14:16 - 6.03.2023
6 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 2 milyard 212,275 milyon manat təşkil edib.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 30,45 % azdır.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,9 % artaraq 1 913 olub.
BFB-nin dövriyyəsinin 41,6 %-i və yaxud 919,275 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 43,3 % azdır.
Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri təxminən 44,2 % azalaraq 80,507 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 14,3 % azalaraq 1 212,493 milyon manat olub.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026