Neft ucuzlaşır, Brent barel başına $84,33 təşkil edir

09:05 - 10.02.2023


10 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən sessiyanın nəticələrinə görə azaldıqdan sonra cümə günü ticarətində düşməyə davam edir.

London İCE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin dəyəri saat 09:00-da $0,17 (0,20%) azalaraq bir barelə $84,33-a düşüb. 9 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,59 (0,69%), bir barelə $84,50 qədər ucuzlaşdı.

Saat 09:00-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti $0,28 (0,36%) azalaraq bir barelə $77,78-a düşüb. 9 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,41 (0,52%), bir barelə $78,06-a düşdü.