11:12 - 25.01.2023
25 yanvar, Fineko/abc.az. Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 12 milyon manatlıq tenderiin qalibini müəyyən edib.
ABC.AZ xəbər verir ki, qalib şirkət Uni Ko QSC (VÖEN: 1001142901) olub. Şirkətlə 12 062 432 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Mingəçevir Dövlət Universiteti üçün yeni kampusun yaradılması (tikintinin I fazasının I mərhələsi üzrə) işlərinin satınalınması nəzərdə tutulur. Uni Ko QSC bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqindən 408 512 manat dəyərində "Azərbaycan İnvestisiya Holdinqinin inzibati binasının əsaslı təmiri işləri" tenderi üzrə sifariş alıb.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026