10:45 - 17.01.2023
17 yanvar, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycan üçün mühüm və güvənilən tərəfdaşdır.
ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Əbu-Dabi Dayanıqlıq Həftəsində iştirakı çərçivəsində energetika naziri Pərviz Şahbazovun bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei ilə görüşündə bildirib.
P. Şahbazov dayanıqlı inkişafla bağlı müasir çağırışların mötəbər müzakirə platformasına dəvətə görə təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycan Prezidentinin iştirakının, həmçinin dövlət başçılarının görüşünün ölkələrimiz arasında yüksək münasibətlərin təzahürü olduğu qeyd edilib. Azərbaycanla BƏƏ arasında münasibətlərə strateji əhəmiyyət qazandıran əməkdaşlıq əlaqələrində isə enerjinin mühüm yer tutduğu vurğulanıb.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026