Neft bahalaşır, Brent bir barelə $82,58 təşkil edir

09:21 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. Ötən günkü yüksəlişdən sonra neftin etalon markalarının qiyməti cümə axşamı günü artmaqda davam edir.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin dəyəri saat 09:10-da $0,38 (0,46%) artaraq bir barelə $82,58-a çatıb. Dekabrın 21-də Brent markalı neftin fevral ayı üçün fyuçersləri bir barelə $2,21 (2,76%) artaraq $82,20-a çatıb.

Saat 09:10-da qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral ayı üçün fyuçersləri $0,44 (0,56%) artaraq bir barelə $78,73-a yüksəldi. Dekabrın 21-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin dəyəri $2,06 (2,70%) artaraq bir barelə $78,29-a çatıb.