12:05 - 24.10.2017
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması üzrə tədbirləri davam etdirir.
Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin dediyinə görə, yaxın zamanda Bakının Yasamal rayonunda (Təzəpir məscidi ərazisində) Mirzəağa Əliyev küçəsində iri avtomobil dayanacağının tikintisi üzrə işlər başlanacaq.
“Avtodayanacağın sahəsi 360 avtomobil üçün nəzərdə tutulmaqla 12,5 min m2 təşkil edəcək. Həmçinin, təhlükəsizliyin təmin edilməsi və piyadaların rahatlığı məqsədi ilə bu ərazidə, Təzəpir məscidinin yaxınlığında yeni piyada keçidi inşa ediləcək”, - A.Nəcəfli belə deyib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026