10:44 - 27.10.2022
27 oktyabr, Fineko/abc.az. Avropa Rusiya qazından asılılığını azaldıb, qaz idxalında Rusiyanın payı 40%-dən 7%-ə düşmüş, lakin başqa təchizatçılar da axtarmaq lazımdır.
ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) rəhbəri Josep Borrell bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsinə qədər Avropa qazın 40%-ni Rusiyadan idxal edirdi.
"Biz bu asılılığın 40%-dən 7%-ə qədər azalmasına nail olmuşuq", - Borrel BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının Buenos-Ayresdə keçirilən iclasında deyib.
"Bu, bizi başqa təchizatçılar axtarmağa, bərpa olunan enerjiyə sürətli keçməyə məcbur edir və biz Latın Amerikasında bunları (imkanları) görürük", - Borrell bildirib.
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026
19 Oktyabr 2026