"Akelik Group" MMC məhkəməyə verildi

12:31 - 18.10.2022


18 oktyabr, Fineko/abc.az. İnşaat sektorunda əsas oyunçulardan hesab edilən "Akelik Group" MMC məhkəməyə verilib.

ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı "İnter DBK” MMC-dir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun icraatındadır.

İşin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələrdən ibarətdir. "İnter DBK” MMC 5 iyul 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 479 420 AZN olan şirkətin qanuni təmsilçisi Bailar Pirievdir.

Bailar Piriev və şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Akelik Group” MMC-yə gəlincə, 20 may 2011-ci ildə qeydiyyata alınan şirkət əvvəl "ALKE İnşaat Sənaye və Ticarət” ASC kimi fəaliyyət göstərib. ASC-nin sabiq əməkdaşı Şahin Cəfərovun yerli mediada dərc olunan müraciətində bildirib ki, "ALKE İnşaat Sənaye və Ticarət” ASC ilə Türkiyənin "ALKE İnşaat Sanayi ve Ticaret Anonim” şirkəti eyni təsisatdır.