15:52 - 28.09.2022
28 sentyabr, Fineko/abc.az. Müdafiə Sənayesi Nazirliyinə məxsus “Azon zavodu” MMC-nin direktoru Tehran Əliyev vəzifəsindən azad edilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, müəssisəyə rəhbərlik Ruhin Cəfərova həvalə olunub.
Xatırladaq ki, “Azon zavodu” 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib.
Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir.
Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.
Onun nizamnamə kapitalı 554 928 manatdır.
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026