10:31 - 24.10.2017
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəki-Kiş avtomobil yolunun tikintisi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 17 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisinə, dövlət büdcəsindən “Azəravtoyol” ASC-nə 4,8 milyon manat ayrılacaq.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026