17:57 - 30.05.2018
30 may, Fineko/abc.az. Azərbaycanın milli su operatoru “Azərsu” ASC Astara şəhərində su təchizatı sisteminin yenidən qurulması layihəsinin çox hissəsini tamamladı.
“Azərsu” ASC-in məlumatında deyilir ki, layihə 6 rayonda Milli Su Təchizatı və Kanalizasiya Proqramı çərçivəsində İslam İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir.
“Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb”, - məlumatda belə deyilir.
Məlumatda deyilir ki, layihə üzrə işlər 2014-cü ildən aparılır və hazırda şəhərdə içməli su şəbəkəsinin tikintisi davam etdirilir. Layihədə nəzərdə tutulan 112,8 km içməli su şəbəkəsinin 102 km-lik hissəsi tikilib, ünvanlara ev birləşməsi verilərək sayğaclar quraşdırılır. Magistral kəmərin tikintisi nəticəsində 27 kəndə (73 min abunəçi) də içməli suyun verilməsi nəzərdə tutulur.
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
6 Oktyabr 2026
5 Oktyabr 2026