İran hökuməti neft gəlirlərinin 5 dəfə artdığını açıqlayıb

12:22 - 29.08.2022


29 avqust, Fineko/abc.az. İranın iqtisadiyyat naziri İhsan Handuzi ölkənin neft gəlirlərinin son 5 ayda 5 dəfə artdığını bəyan edib.

ABC.AZ xəbər verir ki, Handuzi paytaxt Tehranda keçirdiyi mətbuat konfransında ölkə iqtisadiyyatının vəziyyəti barədə məlumatlar verib.

“Ötən illə müqayisədə son 5 ayda ölkənin neft gəlirləri 5 dəfə artıb”, - deyə Handuzi bildirib.

Son bir ildə ölkəyə xarici sərmayə qoyuluşlarında ikiqat artım olduğunu qeyd edən Handuzi, ABŞ-ın tətbiq etdiyi sanksiyaların davam etdirilməsi və ya ləğv edilməsini nəzərə alaraq iqtisadi planların hazırlandığını qeyd edib.