16:40 - 25.08.2022
25 avqust, Fineko/abc.az. Bir sıra Avropa İttifaqı ölkələrində elektrik enerjisinin qiyməti 26 avqust tarixi üçün çatdırma şərti ilə bir MVt/saat üçün 700 avronu ötüb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu “Nord Pool” elektrik enerjisi birjasının məlumatları göstərir.
Məlumata görə, Avstriyada qiymət bir MVt/saat üçün 707,23 avroya, Fransada – 706,32 avroya, Belçikada – 700,41 avroya çatıb, Almaniya, Niderland və Danimarkada isə 690 avronu üstələyib.
Bir gün əvvəl bu ölkələrdə elektrik enerjisinin orta qiyməti 630 avro sərhədini aşmırdı.
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026
16 Oktyabr 2026