16:41 - 25.05.2018
25 may, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Böyük-Kəsik yolunun əsaslı təmirini davam etdirir.
ADY-in məlumatında deyilir ki, Salahlı stansıyasının 2,1 km uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb.
“Bu sahənin təmiri üç gün ərzində tamamlanacaq”, - məlumatda belə deyilir.
14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.
Bu günə kimi, ikinci mərhələ çərçivəsində 524 km dəmir yolu əsaslı təmir olunub.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026